- Baxış sayı: 12
- 31 Mart 2026 15:25
- Baxış sayı: 686
- Mart 30, 2026
- 0

Avropa liqasının qrup mərhələsində mübarizə aparacaq Polşanın “Legiya” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.
Allsport.az xəbər verir ki, Varşava təmsilçisi qrup oyunları üçün 25 futbolçu sifariş verib. Onların arasında Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli də var.
Oyunçulardan 2-si qapıçı, 9-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.
“Legiya” İtaliyanın “Napoli”, İngiltərənin “Lester Siti” və Rusiyanın “Spartak” (Moskva) klubları ilə birlikdə C qrupunda mübarizə aparacaq.