- Baxış sayı: 24
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Leysan Utyaşeva, hazırda televiziya aparıcısı kimi tanınsa da, vaxtilə Alina Kabayeva və İrina Çaşina ilə yanaşı Rusiyanın bədii gimnastika yığmasının liderlərindən olub.
Allsport.az xəbər verir ki, o, verdiyi yeni müsahibədə doğma Volqoqrada qayıdaraq ilk məşq zalını ziyarət edib və gənc gimnastlarla görüşüb.
Utyaşevanın idmana gəlişi ilk məşqçisi Nadejda Kasiyanovanın sayəsində baş verib. Kasiyanova onu təsadüfən görüb, istedadını kəşf edib və idmana yönləndirib. Utyaşeva əvvəlcə balerina olmağı arzulasa da, gimnastikaya vurulub və idman karyerasını bu sahədə qurub. Onun sözlərinə görə, ilk məşqçidə sevgi və qayğı çox vacibdir.
Məşhur gimnast, həmçinin İrina Vinerlə bağlı xatirələrini bölüşüb. O, Vinerin bədii gimnastika tarixində əvəzolunmaz fiqur olduğunu, bu sahəyə böyük ürək qoyduğunu deyib. Vinerlə yollarının ayrılmasını “hər şeyin vaxtı var” sözləri ilə qəbul edib.
Utyaşeva karyerasında ən sevdiyi elementin çeviklik və xüsusi tullanmalar olduğunu bildirib. Lakin “iki ayaqla halqaya tullanma” hərəkəti ona ciddi zədə gətirib. O, uzun müddət zədəsini gizlədib, çünki komandanı yarı yolda qoymaq istəməyib.
Keçmiş gimnast özünü uğura aparan əsas keyfiyyətlər kimi ünsiyyətcilliyi, mətbuatla açıq dialoqu və güclü iradəni göstərib. Onun fikrincə, idmanda intriqasız, təmkinli davranmaq və dürüstlük də uğurun əsas hissəsidir.




