“Linfild”in futbolçusu: “Azarkeşlər “Qarabağ”la oyunu unutmayacaq”

Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Mark Stefford “Qarabağ”la oyunu xatırlayıb. Allsport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi karyerasında unutmadığı 3 matç arasına “Vindsor Park”dakı qarşılaşmanı da daxil edib:

“Qarabağ” hesabda önə keçsə də, 1-ci hissənin bitməsinə 5 dəqiqə qalmış hesabı bərabərləşdirdim. Hissənin sonunda isə Şeyn Leyveri hesabı xeyrimizə dəyişdirdi. O, sonra özünün 2-ci qolunu vurdu. Son dəqiqədə qol buraxsaq da, 3:2 hesabı ilə qalib gəldik. Həmin oyun klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi. Atmosfer çox gözəl idi və azarkeşlər bunu heç vaxt unutmayacaq”.

“Qarabağ” Belfastdakı məğlubiyyətin əvəzini Bakıda 2:1 hesablı qələbə ilə çıxaraq, Avropa Liqasının qrupuna yüksəlmişdi.

Həmin kateqoriyadan