- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Las-Veqasda keçirilən güləş üzrə dünya çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Güləş Federasiyasının nümayəndələri, idmançıların qohumları, azarkeşlər və jurnalistlər qarşılayıblar.
Milli komandanın böyük məşqçisi Firdovsi Umudov güləşçilərimizin dünya çempionatında uğurlu çıxışları ilə bağlı xalqımızı təbrik edib: “Qazandığımız nəticə böyük uğurdur. Bütün idmansevərlərimizi, başda ölkə başçısı İlham Əliyev olmaqla, Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Dünya çempionatında 11 lisenziya qazandıq.
Onların sayını maksimuma çatdırmaq üçün qarşıda daha 3 turnir olacaq. Yaxşı hazırlaşmalıyıq. Əlbəttə, lizensiya qazandığımız çəkilərdə boşluqlar yaranmamalıdır. Hamı öz üzərində işləməlidir. Çünki 2016-cı ildə bizi Rio Olimpiadası gözləyir. Orada dəfələrlə bayrağımızı yüksəldib, himnimizi səsləndirməliyik”.