Lisenziyalaşdırma qrupumuz UEFA seminarında

21-22 fevralda Macarıstan paytaxtı Bedapeştdə UEFA-nın klubların  lisenziyalaşdırılması və maliyyə “Fair Play” mövzusuna həsr olunmuş regional seminar keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplantıda nümayəndə heyətinin rəhbəri  Sərxan Hacıyev, eləcə də lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak edəcəklər.

Yığıncağın əsas mövzusu UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə “Fair Play” qaydalarının (buraxılış 2018) tətbiqi və maliyyə “Fair Play” qaydaları üzrə İT Solutions proqramı üzrə treninqlərin keçirilməsindən ibarət olacaq. Seminarda həmçinin klubların lisenziyalaşdırılması və maliyyə məsələləri üzrə digər məsələlər barədə müzakirələr aparılacaq.

Həmin kateqoriyadan