Litva millisinin Azərbaycan səfəri üçün heyəti

Litva millisinin AÇ-2020-nin seçmə mərhələsinin Lüksemburqla oyunu və Azərbaycanla keçirəcəyi yoldaşlıq matçı üçün heyəti məlum olub. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Valdas Urbonas 23 futbolçuya dəvət göndərib. Bu komandalar arasında görüş martın 25-də “8-ci km” stadionunda saat 18:00-da start götürəcək:

Qapıçılar: Ernestas Setkus (“Hapoel” Hayfa, İsrail), Dzyuqas Bartkus (“Hapoel İroni”, İsrail), Emiliyus Zubas (“Bney Yehuda”, İsrail);

Müdafiəçilər: Algis Yankauskas, Vaydas Slaviçkas, Vitautas Andriuskeviçyus (hamısı – “Suduva”), Rolandas Baravikas (“Jalgiris”), Markas Palionis (“Reqensburq”, Almaniya), Rimvidas Sadauskas (“Stumbras”), Linas Klimaviçyus (“Dinamo” Buxarest, Rumıniya), Valdemar Borovski (“Trakai”);

Yarımmüdafiəçilər: Vikintas Slivka (“Hibernian”, Şotlandiya), Arturas Julpa (“Tobol”, Qazaxıstan), Donatas Kazlauskas (“Trakai”), Deymantas Petraviçyus (“Falkirk”, Şotlandiya), Mantas Kuklis (“Jetısu”, Qazaxıstan), Saulius Mikolyunas, Modestas Vorobyovas (hər ikisi – “Jalgiris”), Yustinas Malajas (“Riterai”);

Hücumçular: Fedor Çernıx (“Dinamo” Moskva, Rusiya), Arvidas Novikovas (“Yagelloniya”, Polşa), Neriyus Valskis (“Hapoel” Təl-Əviv, İsrail), Paulius Qolubiçkas (“Suduva”).

Həmin kateqoriyadan