“Liverpul” bu klubla gücünü sınayacaq

“Liverpul” yay təlim-məşq toplanışı çərçivəsində ABŞ-də bir sıra yoldaşlıq görüşləri keçirəcək.

Allsport.az xəbər verir ki, mersisaydlılar Hollivud ulduzu Rayan Reynoldsun sahibi olduğu “Reksem” klubu ilə qüvvəsini sınayacaq.

Qarşılaşmanın Nyu-Yorkdakı “Yankee Stadium”da keçirilməsi planlaşdırılır. Turne çərçivəsində “Liverpul”un “Lids Yunayted” və “Sanderlənd”lə də oyunları nəzərdə tutulub.

Çempionşipdə 6-cı pillədə qərarlaşan “Reksem” martın 7-də İngiltərə kubokunun 1/8 finalında “Çelsi” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan