“Liverpul” yaponiyalını transfer edəcək

“Real Sosyedad”ın futbolçusu Takefuso Kubo karyerasını İngiltərə premyer liqasında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi “Liverpul”un maraq dairəsinə düşüb.

Mersisayd təmsilçisi 23 yaşlı oyunçunu yay transfer pəncərəsində heyətinə qatmağa çalıcaq.

Kubo cari mövsüm ərzində iştirak etdiyi 43 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan

azenrutr