- Baxış sayı: 30
- 17 Mart 2026 12:01
- Baxış sayı: 206
- Mart 16, 2026
- 0

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopesin bazar dəyəri 30 milyon avro artaraq 100 milyon avroya yüksəlib.
Allsport.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, bu artım futbolçunun komandadakı rolunun yüksəlməsi və çempionlar liqası matçlarındakı inamlı oyunu ilə bağlıdır. Lopes hücum keyfiyyətləri ilə yanaşı, yüksək intensivlikli presinqi və müdafiəyə yardımı ilə də seçilir.
22 yaşlı yarımmüdafiəçi cari mövsümdə çıxdığı 37 rəsmi oyunda 11 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya klubu ilə müqavilə müddəti 2031-ci ilin yayına qədərdir.