- Baxış sayı: 39
- 22 Noyabr 2024 12:43
- Baxış sayı: 20
- Noyabr 26, 2024
- 0
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri də futbolun kütləviliyinin artırılması, bununla da, xüsusilə uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, zərərli vərdişlərə yiyələnməməsi üçün zəmin yaradılması, cəmiyyətimiz üçün fiziki və mənəvi baxımdan sağlam gənc nəslin yetişməsinə öz töhfəsini verməkdir. Allsport.az saytı xəbər verir ki, AFFA DÇ-2018-in seçmə mərhələsində keçirilmiş San Marino – Azərbaycan oyunundan sonra Məhəmməd Mirzəbəyovun etdiyi qeyri-etik jestlə bağlı məsələyə biganə qalmayıb. Futbolçu AFFA-nın rəsmi saytına fikirini bildirib:
“İlk növbədə, seçmə mərhələyə qələbə ilə başlamağımız münasibətilə Azərbaycan milli komandasının bütün azarkeşlərini təbrik edirəm. Qarşıdakı oyunlarda da yaxşı nəticələr qazanaraq bu qələbənin təsadüfi olmadığını sübuta yetirəcəyimizə ümid edirəm. Dünəndən bəri müzakirə olunan jestə gəlincə, rəqib futbolçu mənə yaxınlaşaraq formalarımızı dəyişməyimizi təklif etdi. Mən də formamı dostuma bağışlayacağımla bağlı əvvəlcədən söz verdiyimi bildirdim və sözlərimi həmin jest müşayiət etdi.
Hamını əmin edir və səmimiliyimə inanmalarını xahiş edirəm ki, o jesti etməklə heç kimi təhqir etmək fikrim olmayıb və o hərəkətimi qeyri-etik qəbul edənlərin hər birindən üzr istəyirəm. Millinin hər bir futbolçusu təkcə özünü yox, ümumilikdə, bütün ölkəni təmsil edir. Emosiyaların təsiri altında hər hansı analoji hərəkət etməmək üçün bundan sonra daha diqqətli davranacağam və hamını əmin edirəm ki, bu məsuliyyəti yaxşı dərk edirəm”.
Bu məsələ ilə bağlı AFFA tərəfindən futbolçuya müvafiq tövsiyələr verilib. Qeyd edək ki, sözü gedən müdafiəçi “Qəbələ” klubunun üzvüdür və belə tərbiyəsizlik ilk dəfə baş vermir. Ötən il Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda keçirilən “Apollon” – “Qəbələ” matçının son dəqiqələrində komandanın yarımmüdafiəçisi Cavid Tağıyev 11-metrlik cərimə zərbəsindən sonra hesabı bərabərləşdirərkən, qol sevincini kipli azarkeşlərə biədəb hərəkət göstəməklə stadionda gərginlik yaratmışdı.