Məhəmməd Salah “Liverpul”dan gedir

“Liverpul” misirli hücumçusu Məhəmməd Salah ilə yolunu ayıracağını rəsmən elan edib.

Allsport.az xəbər verir ki, 33 yaşlı futbolçu 2027-ci ilin iyununa qədər qüvvədə olan müqaviləsinə baxmayaraq, 2025/26 mövsümünün sonunda mersisaydlıların düşərgəsindən ayrılacaq.

Salah 2017-ci ildən şərəfini qoruduğu “Liverpul”un heyətində keçirdiyi 435 rəsmi matçda 255 qol vurub və 122 məhsuldar ötürmə ilə yadda qalıb. Misirli forvard bu müddət ərzində komanda ilə birlikdə 9 titul qazanıb.

Salahın karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirəcəyi gözlənilir.

Həmin kateqoriyadan