- Baxış sayı: 14
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
“Mənə “Neftçi”yə rəhbərlik etmək tapşırılanda, üzərimə düşəni canla-başla, ləyaqətlə etdim. Sevinirəm ki, “Neftçi” ilə uğurlu dönəm keçirdik”. Allsport.az saytı xəbər verir ki, “Neftçi İdman Klubu” ictimai birliyinin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov deyib. Koronavirus pandemiyası səbəbindən erkən başa çatdırılan premyer liqada 2-ci yeri tutan sevimli klubunun çıxışına münasibət bildirən iş adamı “ağ-qaralar”ın əvvəlki oyununu qaytaracağına inam ifadə edib: “İnanıram ki, “Neftçi” yavaş-yavaş toparlanacaq. Bilirsiniz ki, komandada məşqçi dəyişiklikləri tez-tez edilir. Məşqçini də tez-tez dəyişdikdə uğur qazanmaq çətin olur. Məncə, artıq yetər, yəqin ki, onlar da öz sözlərini deyərlər”.
Apasport.az-a açıqlamasında uğursuzluğa görə hazırkı klub rəhbərliyinin onu hədəf göstərməsinə reaksiya verən Sadıq Sadıqov, özəlliklə, belçikalı Emil Mpenza ilə bağlı sanksiyanın müəmmalı olduğunu söyləyib: “Düzdür, əvvəllər 1-2 dəfə söz atdılar. Amma sonra özləri də etiraf etmişdilər ki, o niyyətlə deməmişik. Bu gün elə bir klub yoxdur ki, futbolçularla bağlı problem yaşamasın. Ümumiyyətlə, klublarda əcnəbi futbolçular çox vaxt problem yaradıblar.
Mən indiyə qədər “Neftçi”nin prezidenti Kamran Quliyevdən bizim haqqımızda mənfi fikir eşitməmişəm. Ola bilər ki, kimsə çayxanada oturub özünə bəraət qazandırmaq üçün nəsə deyib. Bizim “Neftçi”də gördüyümüz işləri hamı bilir. Mpenza ilə bağlı məsələ də qaranlıq qaldı. Bizim dövrümüzdə Mpenza 4 il idi ki, getmişdi, cərimə tətbiq olunmamışdı. Biz gedən kimi, cərimə qərarı çıxdı. Səbəbini başa düşmədim. “Neftçi” nə mənə, nə də məndən əvvəlkilərə məxsusdur”.
Hazırda ACF-in federasiyasının vitse-prezidenti vəzifəsini icra edən mütəxəssis yenidən futbola qayıtmaq fikrində deyil: “Cüdoda o qədər görünməyən problemlər var ki, başqa idman növünə baxmağa vaxtımız da olmur. Futbolda missiyamızı bitirmişik. İndi bütün diqqətimiz Tokio olimpiadasına yönətmişik. Məqsəd, Azərbaycanı layiqincə təmsil etmək və qızıl medallar qazanmaqdır”.