“Mən bunu son dərəcə hörmətsizlik hesab edirəm”

Kazemiro “Mançester Yunayted”in “Liverpul”la oyununda (0:3) səhvlərdən sonra tənqidlərlə üzləşib.

Allsport.az xəbər verir ki, braziliyalı futbolçunu tənqid edənlərdən biri də ingiltərəli keçmiş oyunçu Cimi Karrager olub. O, hətta Kazemironu futbol oynamağı bitirməyə təşviq edib.

Bundan sonra Rio Ferdinand Karragerin sözlərinə reaksiya verib:

“Cimi Karragerin “futbol sizi tərk etməzdən əvvəl futbolu tərk edin” – dediyini eşitdim. Mən bunu son dərəcə hörmətsizlik hesab edirəm, xüsusən də, Kazemironun təcrübəsini nəzərə alsaq. Əvvəlki iki matça nəzər salsaz, Kazemiro komandanın ən yaxşı oyunçusu idi. Ən asan yol, onunla hər şeyin səhv olduğunu, çox qocaldığını söyləməkdir.

Həmin kateqoriyadan