“Mən Türkiyə futboluna uyğunlaşmalıyam”

Joze Mourinyo “Göztəpə” ilə 2:2 hesablı heç-heçədən sonra türk futbolunda olan qüsurları açıqlayıb.

Allsport.az xəbər verir ki, bu barədə o, klubun mətbuat xidmətinə açıqlama verib:

“Mənə uyğunlaşmalı olan türk futbolu deyil, mən Türkiyə futboluna uyğunlaşmalıyam.

Digər komandaların bizim üçün etdiklərini mənim oyunçularım da etməlidir. Onlar öz vaxtlarını sərf etməlidirlər. Onlar qazona düşməlidirlər. Onlar oyunu dayandırmalıdırlar. Onlar zədələnmiş kimi davranmalıdırlar.

Onlar hər komandanın etdiyini etməlidirlər”.

Həmin kateqoriyadan