“Mənim oyun fəlsəfəm budur”

Azərbaycan premyer liqasının XVIII turu çərçivəsində keçirilmiş “Araz-Naxçıvan” – “Neftçi” oyunundan sonra mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Andrey Demçenko 0:4 hesabı ilə uduzduqları matçı belə şərh edib: “Birinci hissə bizim üçün uğursuz alındı. Standart vəziyyətlərdən qollar buraxdıq. Halbuki futbolçulara diqqətli olmağı tapşırmışdıq. İkinci hissəni daha yaxşı keçirdik, fərqlənmək üçün imkanlarımız oldu, təəssüf ki, realizə edə bilmədik.

Futbolçularıma hücumda daha çox oynamağı, rəqibi təzyiqdə saxlamağı tapşırmışdım. Çünki mənim oyun fəlsəfəm budur. Başa düşürəm, 0:4 hesablı ağır məğlubiyyətdir. Ancaq istədiyimizi 3 həftə ərzində aşılamaq, oyunçuların o cür oynamağına nail olmaq mümkün deyil. 

Heyəti quran zaman məşq prosesində futbolçuların hazırlıq durumuna diqqət edir, verdiyimiz tapşırıqları kimin necə icra etdiyinə baxır və “11-liy”i ona əsaslanıb qururuq. Mənim üçün futbolçunun məşq prosesində etdikləri vacibdir”.

Həmin kateqoriyadan