- Baxış sayı: 83
- 18 Fevral 2026 23:40
- Baxış sayı: 379
- Fevral 16, 2026
- 0

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen “Napoli”dən ayrılma səbəbləri haqqında ilk dəfə səmimi açıqlamalar verib.
Allsport.az xəbər verir ki, o, klubun rəsmi “Tik Tok” hesabında “Bolonya” ilə oyunda qaçırdığı penaltiyə görə onunla məsxərəyə qoyulması və irqçi eyhamların edilməsindən sonra geri dönülməz bir qərar aldığını bildirib.
“Napoli mənə qarşı ikibaşlı eyhamlarla dolu o videonu paylaşdıqdan sonra hər şey qırıldı. Hər kəs penalti qaçıra bilər, amma öz klubumun məni bu şəkildə hədəfə alması və azarkeşləri mənə qarşı qızışdırması dözülməz idi” – deyən Osimhen, özünü “oyuncaq” kimi hiss etdiyini vurğulayıb.
Nigeriyalı ulduz rəhbərliyin ona “it kimi” rəftar etdiyini və verdiyi transfer vədlərinə əməl etmədiyini də əlavə edib.