- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 792
- Mart 30, 2026
- 0

İtaliyanın “Milan” klubunun texniki direktoru Paolo Maldini və komandada çıxış edən oğlu Deniel Maldini koronavirusa yoluxublar. Allsport.az xəbər verir ki, klub ata və oğulun testlərinin müsbət çıxdığını açıqlayıb.
51 yaşlı sabiq futbolçu 2018-ci ildən “Milan”da funksioner kimi çalışır. Onun 18 yaşlı oğlu bu mövsüm “qırmızı-qaralar”la peşəkar müqavilə imzalayıb.