- Baxış sayı: 45
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 45
- Dekabr 05, 2025
- 0

“Olimpik Şəki” klubu qış transfer pəncərəsində heyətinə yeni basketbolçu cəlb edib.
Allsport.az xəbər verir ki, bu Larri Robinson III-dür. Onun atası Larri Robinson 1993-1994 -cü illər mövsümündə əfsanəvi “Hyuston Rokets” komandasında NBA çempionluğu qazanıb.
Larri Robinson III sonuncu görüşdə “Sabah” klubuna qarşı 18 xal və 2 asist ilə komandasının ən məhsuldar basketbolçusu seçilib.