Məşhur futbolçu telefon oğurladı

“Mançester Siti”nin yarımmüdafiəçisi Mateus Nunes mobil telefon oğurladığı üçün sentyabrda Madriddə həbs edilib.
Allsport.az xəbər verir ki, 26 yaşlı portuqaliyalı ilə bağlı insident sentyabrın 8-də İspaniyanın paytaxtında La Riveyra gecə klubunda baş verib. Nunes onun fotosunu çəkən şəxsin cib telefonunu əlindən alıb.
Həbs edildikdən sonra Nunes polis bölməsinə aparılıb və oradan oğurluq etməkdə şübhəli bilinərək ifadəsi alınıb. Futbolçuya qarşı ittiham irəli sürülüb və bir neçə saat sonra məhkəmə zalından sərbəst buraxılıb.
Nunes 2023-cü ildə 62 milyon avroya “Vulverhempton”dan “Mançester Siti”yə keçib.

Həmin kateqoriyadan