- Baxış sayı: 50
- 10 Fevral 2026 18:38
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

Norveçli biontlonçu Sturla Holm Leqreydin şəxsi həyatında gərginlik yaşanır.
Allsport.az xəbər verir ki, 2026-cı il qış olimpiya oyunlarında fərdi yarışda bürünc medal qazanan idmançının sevgilisi, Leqreydin xəyanət etdiyinə dair etirafını bağışlamayacağını bəyan edib.
Norveçin “VG” nəşrinə müsahibə verən gənc xanım, idmançının bütün dünyanın gözü qarşısında etdiyi sevgi etirafına baxmayaraq, xəyanəti qəbul etməyin çətin olduğunu bildirib. O, Sturla ilə bu mövzuda danışdıqlarını və qəti mövqeyini ona çatdırdığını vurğulayaraq, bu çətin günlərdə ailəsinin və dostlarının dəstəyinə arxalandığını qeyd edib.