- Baxış sayı: 28
- 29 Yanvar 2026 14:48
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

FİFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, Məsiyev Avropa liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçiriləcək “Midtyulland” (Danimarka) – “Dinamo” (Zaqreb, Xorvatiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Şotlandiyalı Endi Dallas VAR, ingiltərəli Maykl Salisberi isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş yanvarın 29-da Herninq şəhərində yerləşən “Herninq Arena”da keçiriləcək.