- Baxış sayı: 31
- 08 Mart 2026 12:38
- Baxış sayı: 268
- Mart 05, 2026
- 0

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Playmakers” layihəsinə cəlb olunan məşqçi-müəllimlər üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, AFFA-nın təhsil və reabilitasiya mərkəzində baş tutan toplantıya 25 məşqçi-müəllim qatılıb.
“Playmakers” layihəsinin təlimatçıları Gülyana Özcan və Ofeliya Qafarova tərəfindən keçirilən məşğələdə iştirakçılara layihə haqqında ümumi məlumat verilib. Seminar nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib.