Məşqçilər üçün dərəcə kursları

Azərbaycan voleybol federasiyası (AVF) yerli məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verir. Allsport.az saytı xəbər verir ki, AVF bu dəfə məşqçilər üçün 1, 2 və 3-cü dərəcəli kurslar təşkil edəcək.

İlk məşğələ 9-12 avqustda Qəbələdə olacaq. Burada Oğuz RVK-nın tərkibinə daxil olan şəhər və rayonların məşqçi-müəllimləri iştirak edəcəklər. Kursda nəzəri və praktik dərslər keçiriləcək.

Sonda iştirakçılar imtahan verəcək və uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar. Dərslər FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cingiz Axarçeşmə tərəfindən keçiriləcək.

Belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər 3 dərəcəni alacaq mütəxəssislər isə FİVB-nin səviyyəl-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.

Həmin kateqoriyadan