- Baxış sayı: 54
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Fitnesslə məşğul olmaqla yanaşı, düzgün pəhrizin olması vacib şərtdir. Düzgün pəhrizin olmaması sağlmalığınıza və şübhəsiz ki, cinsi həyatınıza təsir edə bilər.
Fintes məşqçilərin tövsiyələrinə əsasən, avokado, qoz-fındıq və çiyələk kimi bədənin ehtirasını artıra biləcək qidaların olmağı ilə yanaşı, libidonunuzu öldürənlər də var.
İdman məşqçiləri spirtli içkiləri insan üçün zərərli sayırlar. Qadınlar və kişilərin həddindən artıq spirt qəbul etmələri erektil çətinliklərə və ya orqazm problemlərinə səbəb ola bilər. Bundan əlavə, alkoqol sizi yuxulu və seksə maraqsız edir, buna görə də sevdiyiniz şəxslə çox vaxt romantik bir gecədən imtina edirsiniz.
Fitnes məşqçilərin tövsiyəsinə əsasən, idmanla məşğul olmağa qərar verən insanların can ətindən lazımlı zülallar və sink, eyni zamanda doymuş yağlar və xolesterolu əldə etməklə qüvvətlənməsi mümkündür.
Pendir həm kişilərə, həm də qadınlara faydalıdır və testosteron ilə estrogenə təsir edir və bu da libidonu azaldır.
Bu məlumat sizi təəccübləndirə bilər, ancaq nanə cinsi həyatınıza həqiqətən mənfi təsir göstərə bilər. Nanə xolesterolu azaltmağa meyllidir, bu da seks istəyinizi azaldır. Bundan əlavə, dondurmanın da ziyanı var. Dadlı olsa da, dondurma, cinsi istəyinizi zəiflədən, bədəndəki testosteron səviyyəsini təsir edən fitoestrogenləri ehtiva edir. Şokolad sizi letargik və yuxulu hala gətirə bilən metilksantinlə doludur. Beləliklə, seks zamanınızı təbii olaraq azaldır.
Yağlı qidalar yalnız sağlamlığınız üçün deyil, həm də sekslə məşğul olmaq zamanınıza pis təsir edə bilər. Məlumdur ki, ən çox qızardılmış qidalarda olan trans yağ, həm kişilərdə, həm də qadınlarda libidonu azaldır, kişilərdə anormal sperma istehsalını artırır və bu, qadınlara da təsir edir.