Macarıstan və Slovakiya ilə oyunlar üçün heyət açıqlanıb

Millimiz Avro-2020-nin ələməsində iyunun 8-də evdə Macarıstan, 3 gün sonra Slovakiya futbolçularını qarşılayacaq. Allsport.az saytı xəbər verir ki, artıq heyət açıqlanıb. Baş məşqçi Nikola Yurçeviç 27 nəfərə dəvət göndərib. Komandamız rəsmi oyunlara hazırlıq məqsədi ilə mayın 19-dan iyunun 11-dək təlim-məşq keçirəcək. Xorvatiyalı mütəxəssis ayın 21-də saat 18:15-də “Bakcell arena”da mətbuat konfransı keçirəcək.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Şəhriyar Rəhimov (“Səbail”), Bəhlul Mustafazadə (“Qəbələ”)

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Araz Abdullayev, Mahir Əmrəli (hamısı “Qarabağ”), Namiq Ələskərov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Əli Babayev, Aleksey İsayev (hər ikisi “Sumqayıt”), Rəşad Eyubov (“Sabah”), Eddi İsrafilov (“Alkorkon”, İspaniya), Dmitri Nazarov (“Aue”, Almaniya)

Hücumçular: Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Mirabdulla Abbasov (“Neftçi”), Renat Dadaşov (“Eştoril”, Portuqaliya), Ağabala Ramazanov (“Səbail”).

Həmin kateqoriyadan