- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

Millimizin hücumçusu Mahir Əmrəlinin yer aldığı Polşanın “Legiya” klubu Avropa liqasının “C” qrupunun 2-ci turunda səfərdə “Lester”ə 1:0 qalib gəlib.
Allsport.az saytı xəbər verir ki, görüşün final fitindən sonra, ingilislərin türkiyəli futbolçusu Çağlar Söyüncü ilə azərbaycanlı forvardın qucaqlaşması diqqətdən yayınmayıb. Onlar matçdan öncə olduğu kimi, sonda da söhbətləşiblər, bir-birlərinə uğurlar arzulayıblar və köynəklərini dəyişiblər.
Xatırladaq ki, “hərbçilər”in yeganə qolunu futbolçumuz vurub. “Legiya” 6 xal ilə öz qrupunda öndədir.