- Baxış sayı: 74
- 07 Mart 2025 21:38
- Baxış sayı: 46
- Aprel 04, 2025
- 0
Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası – “Karşıyaka” doğma meydanda digər həmyerlimiz – Cavid İmamverdiyevli “Elazığspor”la qarşılaşıb.
Oyunda hesabı qonaqlar açıb. Amma sonradan iki qol vuran meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə mübarizə aparıb. Cavidin adı isə bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, Şükürovun komandası bu qələbədən sonra xallarının sayını 29-a çatdırıb və 5-ci pilləyə yüksəlib.