Mahir Şükürov üçün yeni baş məşqçi

Türkiyənin “Karşıyaka” klubunun yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürovun çıxış etdiyi bu komandanı bundan sonra Ayhan Akman çalışdıracaq.

Yusuf Şimşəyin istefasından sonra boş qalan baş məşqçi postu məhz “Qalatasaray”ın sabiq futbolçusuna tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin PTT 1-ci Liqa təmsilçisi müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, 2001-2012-ci illərdə İstanbul nəhəngində, 1998-2012-ci illərdə isə Türkiyə millisində çıxış edən 38 yaşlı veteran futbolçu son olaraq “Ərciyəsspor”da köməkçi məşqçi işləyib.

Həmin kateqoriyadan