Mahir “Top-50″də

“Qarabağ”ın futbolçusu Mahir Əmrəli Azərbaycan çempionatları tarixinin ən yaxşı 50 bombardiri siyahısına daxil olub. Allsport.az xəbər verir ki, o, buna qol sayını 43-ə çatdırmaqla nail olub.

Premyer liqanın 2020/21 mövsümünün ilk turunun “Sabah”la görüşündə (2:0) dubl müəllifi olan hücumçu öncə 42-ci, ardınca 43-cü qolunu vurub. Əmrəli buna 120-ci oyununda nail olub.

O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayevlə Branimir Subaşiçi, bunadək eyni sayda fərqləndiyi Baqali Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.

Bütün qollarını “Qarabağ”da vuran Əmrəli premyer liqada 2014/15 mövsümündə “Bakı”nın heyətində debüt edib. Bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.

Həmin kateqoriyadan