- Baxış sayı: 26
- 31 Mart 2026 13:58
- Baxış sayı: 678
- Mart 30, 2026
- 0

Millimizin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi “Legiya” qitə liqasının pley-ofunda evdə Çex Respublikasının “Slaviya” klubunu qəbul edib.
Allsport.az saytı xəbər verir ki, görüş polşalıların 2:1 qələbəsi ilə başa çatıb. “Legiya”nın hər 2 qolunun müəllifi həmyerlimiz olub. O, 59 və 70-ci dəqiqələrdə fərqlənib.
Millimizin üzvü start heyətdə meydana daxil olub və 80-ci dəqiqədə əvəzlənib. Bu qələbə ilə Varşava klubu avroliqanın qrup mərhələsinə yüksəlib.
Mahir bu komandalar arasında 2:2 hesabı ilə başa çatan ilk görüşdə də fərqlənmişdi.