Makelele Yunanıstan klubunda

Fransa millisinin və “Çelsi”nin sabiq futbolçusu Klod Makelele Yunanıstanın “Asteras” klubunda işə düzəlib. Allsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yunanıstan super liqasının ilk üç turunda “Asteras” “Panatinaikos” üzərində qələbə də daxil olmaqla, 4 xala sahib olub. Amma bu, 50 yaşlı serb mütəxəssis Milan Rastavaca öz yerini qoruyub saxlamağa kömək etməyib. İndi komandanı Makelele çalışdıracaq.

Həmin kateqoriyadan