- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov, konfrans liqasının pley-ofunda Hayfa “Makkabi”si ilə oyun öncəsi mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, o, komandamızın son durumunu belə dəyərləndirib:
“Sabahkı oyunun gərginliyindən danışmaq artıqdır. Avrokuboklarda yolumuza davam etmək üçün son şansımızdır. Bütün bacardığımızı meydana qoymalıyıq.
Gizlətmirəm ki, yaxşı nəticə haqda fikirləşirik. Çox çətin rəqibdir. Bu mövsüm oynadığımız rəqibləri müqayisə etsək, “Makkabi” əvvəlkilərdən daha təhlükəlidir. Həddən artıq təhlükəli oyunçuları var. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Ancaq buna hazırıq”.