- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Portuqaliyanın oyunlarını izləmişik”. Allsport.az xəbər verir ki, bu sözləri millimizin kapitanı Maksim Medvedev DÇ-2022-nin seçmə mərhələsində sabah Portuqaliya ilə keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Təcrübəli müdafiəçi bu rəqiblə mübarizə aparmağın mümkün olduğunu və komandamızın sabah qol vurmaq gücündə olduğunu bildirib: “Hansısa mövqedə axsadıqlarını demək çətindir. Əlbəttə ki, bu, bizə problem yaradacaq. Amma bunun da çıxış yolu var. Sıx oynasaq, biri-birimizə dəstək olsaq və fərdi mübrizələrdən məğlub ayrılmasaq, işimizi asanlaşdıra bilərik. Maksimum bacarığımızı ortaya qoymalıyıq. Bütün bacarığımızı nümayiş etdirə bilsək, qol vura bilərik. Müdafiə xəttinə xüsusi diqqət yetirməliyik. Daha sonra standart vəziyyətlərdə və ya əks-hücumlarda istəyimizə nail ola bilərik”.
“Qarabağ”ın futbolçusu güclü Portuqaliya millisinə qarşı əvvəl də oynadığını xatırladıb: “Portuqaliya millisinə qarşı daha əvvəl oynamışam. Əvvəlki heyətdən, demək olar ki, tək mən qalmışam. İndi heyətə cəlb olunan futbolçuların çoxu gəncdir. Bu səviyyədə oyunlarda iştirak etməyiblər. Elə futbolçu var ki, heç avrokuboklarda oynamayıb. Avropanın ortabab komandalarına qarşı oynamırıq ki, deyək uşaqlara çətin olacaq. Qrupumuzda yer alan ən çətin rəqibə, dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq”.