Maksim Medvedevin “Qarabağ”da 400-ü oyunu

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Ağdam klubunun heyətində 400-cü oyununa çıxıb. Allsport.az saytı xəbər verir ki, yubiley matçı premyer liqanın 25-ci turunda dünən “Keşlə” ilə keçirilən qarşılaşmada gerçəkləşib.

Bu münasibətlə matçdan öncə 29 yaşlı müdafiəçiyə övladları tərəfindən “400” yazılmış simvolik forma təqdim olunub.

Milli üzvü karyerası ərzində yalnız “Qarabağ”da çıxış edib. Ağdam klubunun yetirməsi olan futbolçu “köhlən atlılar”ın heyətində 2006-cı ildə debüt edib.

Həmin kateqoriyadan