- Baxış sayı: 28
- 29 Yanvar 2026 14:48
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

“Atalanta”nın hücumameylli yarımmüdafiəçisi Daniel Maldini karyerasını “Latsio”da davam etdirəcək.
Allsport.az xəbər verir ki, əfsanəvi Paolo Maldininin oğlu olan 24 yaşlı futbolçu paytaxt klubuna 1 milyon avro qarşılığında mövsümün sonunadək icarəyə verilib. Razılaşmaya əsasən, müəyyən şərtlər yerinə yetirilərsə, “Latsio”nun onu 14 milyon avroya birdəfəlik satın alma öhdəliyi yaranacaq.
Daniel Maldini bu mövsüm “Atalanta” heyətində 11 matçda iştirak edərək 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, yeni komandasında artıq tibbi müayinədən keçib və yaxın günlərdə məşqlərə başlayacaq.