- Baxış sayı: 11
- 31 Mart 2026 13:03
- Baxış sayı: 636
- Mart 30, 2026
- 0

“Neftçi”nin futbolçusu Mamadu Kane “Keşlə” üzərində qələbəni dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, qvineyalı yarımmüdafiəçi görüşdən öncə qalib gələcəyinə inandığını söyləyib:
“Yaxşı oynadıq. Qələbə qazanmağa çalışırdıq. Bunun üçün əlimizdən gələni etdik və çox şadam ki, buna nail olduq. Yaxşı komandamız var. Bir ailə kimiyik. Əhval-ruhiyyə də yüksək səviyyədədir.
Rahat idim, 3 xal qazanacağımıza inanırdım. Bu tepmdə davam etsək, növbəti oyunlarda da qalib gəlib, çempion olacağıq”.