- Baxış sayı: 26
- 21 Yanvar 2026 13:56
- Baxış sayı: 131
- Yanvar 21, 2026
- 0

“Fulhem” “Mançester Siti”nin hücumçusu Oskar Bobbun transferini planlaşdırır.
Allsport.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam etsə də, London təmsilçisi hələlik rəsmi təklif irəli sürməyib.
22 yaşlı futbolçu ilə “Borussiya Dortmund”un da maraqlandığı bildirilir.
Məlumata görə, “Mançester Siti”dəki rəqabət, xüsusən də Antuan Semenyo və Savionun heyətdə olması Bobbun yaxın vaxtlarda “şəhərlilər”i tərk etməsinə səbəb ola bilər.
Cari mövsümdə meydana çıxdığı 15 matçda bir məhsuldar ötürmə edən gənc oyunçunun transfer dəyəri “Transfermarkt” portalı tərəfindən 25 milyon avro olaraq qiymətləndirilir.