“Mançester Yunayted”də braziliyalı dəyişikliyi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro klub rəhbərliyi ilə görüşərək öz yerinə namizəd təklif edib.

Allsport.az xəbər verir ki, 34 yaşlı braziliyalı ulduz “Nyukasl”ın üzvü Brunu Qimaraynşı tövsiyə edib.

Kazemiro yeni müqavilə imzalanmadığı üçün bu yay “qırmızı şeytanlar”ı azad agent statusunda tərk edəcək. Təcrübəli oyunçu həmyerlisinin Mançester təmsilçisi üçün ideal fiqur olacağını düşünür. Qimaraynşın “Nyukasl” ilə 2028-ci ilə qədər müqaviləsi var və onun transfer dəyəri 75 milyon avro qiymətləndirilir. 28 yaşlı yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 35 matçda 9 qol və 7 asistlə yadda qalıb.

Həmin kateqoriyadan