- Baxış sayı: 22
- 12 Mart 2026 15:15
- Baxış sayı: 262
- Mart 12, 2026
- 0

“Mançester Yunayted”, “Çelsi” və “Arsenal” “Frayburq”un yarımmüdafiəçisi Yohan Manzambi ilə yaxından maraqlanır.
Allsport.az xəbər verir ki, hər üç klub 20 yaşlı isveçrəli istedadı izləmək üçün skautlarını Almaniyaya göndərib.
O, həmçinin PSJ və “Bavariya”nın da diqqət mərkəzindədir.
Manzambinin “Frayburq”la 2030-cu ilə qədər müqaviləsi var və bundesliqa təmsilçisinin bu transfer üçün təxminən 50 milyon avro tələb edəcəyi gözlənilir. 2024-cü ildən Almaniya klubunda çıxış edən gənc yarımmüdafiəçi cari mövsümdə keçirdiyi 31 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.