- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı onun şəxsi həkimi Leopoldo Lukeyə ittiham irəli sürüb. Allsport.az saytı xəbər verir ki, o, adam öldürmə və xəstəyə kömək göstərməməkdə şübhəli bilinir.
Proses, mərhumun qızlarının, həkimin hərəkətlərini şübhə altına alan ifadələri əsasında başladılıb. Məhkəmə Lukanın evində axtarış aparılmasına icazə verib. Əməliyyat zamanı Maradonanın xəstəlik tarixcəsi ələ keçirilib.
Hər şey vəkili dünya ulduzunun vəkili Matias Morun şübhəsi əsasında başlayıb. O, Maradonaya vaxtında təcili tibbi yardım göstərilməməkdə israrlıdır. İstintaq davam edir. Dünya Kuboku-1986-nın qalibi noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmindən vəfat etdiyi bildirilir.