- Baxış sayı: 42
- 03 Fevral 2026 18:51
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Qadın həndbolçularımız ilk dəfə qatıldıqları İslamiadada baş mükafata sahib çıxıblar. İllər öncə basketbol yığmamızdan sonra, oyunların top-komanda yarışında bu növbəti böyük qələbədir.
Allsport.az saytına açıqlamasında, komandamızın mərkəz hücumçusu Marina Tankaskaya uğura belə şərh verib: «Türkiyə bizim əsas rəqibimiz idi. Çətin yarış oldu, sonda qalib gəldiyimiz üçün çox şadam».
Legionçumuz qaraş ölkənin superliqada şərəfini qoruduğu «Ankara BB»-də çıxışına da toxunub. Deyib ki, bu dəfə çempionqluq onlara nəsib olmasa da, gümüş medal qazanıblar və Türkiyə kubokuna yiyələniblər.