- Baxış sayı: 181
- 19 Mart 2026 23:59
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0

Dünən Bakı Biznes Mərkəzində AGF ilin yekunları ilə bağlı tədbir keçirdi. Allsport.az saytı xəbər verir ki, ayrı-ayrı nominasiyalarda fərqlənən güləş adamları mükafatlandırıldılar. Qadın güləşçilərimizdən milli komandanın kapitanı Mariya Stadnik “İlin ən yaxşı idmançısı” seçildi. O, jurnalistlərə ürək sözünü belə bildirdi:
«Sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçirilmiş dünya çempionatında medal qazanmaqla yanaşı, Rio olimpiadasına vəsiqə aldım. İndi bütün gücümü olimpiya oyunlarının hazırlığına yönəlmişəm. İnanıram ki, sonda hər şey yaxşı nəticələnəcək».