Mariya Stadniklə Xetaq Qazyumovun olimpiya medalları rekordu

Rio-2016-da qızıl medalı son 3 saniyə qalmış əldən verən Mariya Stadnik (48 kq), arlıcıl 3 olimpiadada fərqlənən idmançı kimi Azərbaycan tarixinə düşüb. Allsport.az saytı xəbər verir ki, qadın güləşmiz daha öncə, Pekin-2008-də 3-cü və London-2012-də 2-ci yerləri tutmuşdu.

Adları son 2 çəkilən olimpiya oyunlarında sərbəst üsulla tutaşmada Xetaq Qazyumov (96 kq) bürünc mükafata sahib çıxıb. Rio-2016-da o, nəticəsini bir qədər yaxşılaşdıraraq, gümüş medala yiyələnib. Kapitanımız komanda yoldaşının oxşar taleyini yaşamasa da, onun da rəqibi münasib, keçilən idi. Amma 98 kq-da gərgin rəqabətdə, son dünya çempionu, gənc Kayl Snayder (ABŞ) qələbəni bayram edib.

Ən titullu idmançı adını, yenə güləş – Namiq Abdullayev daşımaqdadır. Onun hesabında 1 qızıl və 1 gümüş medal var. Düzdür, olimpiya çempionu Toğrul Əsgərov Rio oyunlarında 2-ci yerə çıxmaqla, «dördillk» zəfərlərində müasir güləşimizin əfsanəsinə çatıb. Amma Gəncə pəhləvanının onun ötməsi üçün, ya dünya çempionatında fəxri kürsünün ən yüksək zirvəsinə çıxmaq, ya da növbəti olimpiadalarda ən azı, bürünc medala sahiblənməsi gərəkdir. Belədə, Toğrulun planetin ən güclülərinin yarışında 1 (2010), Namiqin 3 (1994, 1998, 2002) gümüş mükafatı var.

Kamran HACI

 

Həmin kateqoriyadan