Matteys “Mançester Yunayted”ə keçir?

Allsport.az saytı xəbər verir ki, “Bavariya”nın idman direktoru Maks Eberl, müdafiəçi Matteys de Liqtin “Mançester Yunayted”ə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“De Liqt transferi baş verərsə, bu barədə daha ətraflı danışacam. Amma o, hazırda orada deyil. Matteys burada 2 il keçirdi və çox yaxşı oynadı, ona görə də bir çox azarkeş onu bəyəndi.

Lakin onun fikrini nəzərə alaraq düzgün qərar verməliyik. O, hazırda “Bavariya”nın futbolçusudur. O, klubda olduğu müddətdə bizdən dəstək alacaq”.

Həmin kateqoriyadan