- Baxış sayı: 10
- 31 Mart 2026 13:03
- Baxış sayı: 635
- Mart 30, 2026
- 0

Qana yığmasının ulduz futbolçusu Maykl Essyen premyer liqamızda ilk rəsmi matçına çıxıb.
Allsport.az saytı xəbər verir ki, bu, 23-cü tur çərçivəsində Masazırda “Əlincə Arena”da “Sabah” – “Səbail” oyununda baş tutub. O, görüşün 64-cü dəqiqəsində Yevgeni Koçukun əvəzində meydana çıxıb.
Xatırladaq ki, hücumçu karyerası ərzində Fransanın “Bastiya”, “Olimpik” (Lion), İngiltərənin “Çelsi”, İspaniyanın “Real”, İtaliyanın “Milan” , Yunanıstanın “Panatinaikos” və İndoneziyanın “Persib Bandunq” klublarında çıxış edib.