- Baxış sayı: 32
- 05 Mart 2026 15:25
- Baxış sayı: 73
- Mart 02, 2026
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe İspaniya kubokunda “Selta”ya qarşı matçda (5:2) qol vuraraq uğura imza atıb.
Allsport.az xəbər verir ki, fransalı futbolçu həmyerlisi Kərim Benzemanın nailiyyətini təkrarlayıb. O, bir mövsümdə altıncı turnirində qol vurub. Benzema bunu 2022/2023 mövsümündə bacarıb. Bu mövsüm Mbappe İspaniya çempionatında, İspaniya superkubokunda və kubokunda, çempionlar liqasında, qitələrarası kubokda və UEFA superkubokunda qol vurub.