Messi Finalissimanın ləğvinə görə məyus olub

Argentina millisinin kapitanı Lionel Messi İspaniya ilə keçirilməli olan Finalissima matçının ləğv edilməsindən böyük üzüntü duyub.

Allsport.az xəbər verir ki, 38 yaşlı hücumçu bu görüşü dünya çempionatına hazırlıq üçün mühüm fürsət və karyerasının 49-cu titulunu qazanmaq imkanı kimi dəyərləndirirdi.

Martın sonunda Qətərdə keçirilməsi planlaşdırılan matç yaxın şərqdəki hərbi münaqişə səbəbindən ləğv edilib. Argentina tərəfi oyunun Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilməsi və ya Buenos-Ayreslə Madrid arasında ikili qarşılaşma formatı təkliflərini qəbul etməyib. Nəticədə Avropada alternativ məkan tapmaq mümkün olmayıb.

Həmin kateqoriyadan