“Messi MLS-in inkişafı üçün lazım olan təkanı verdi”

“Mançester Siti”nin və Argentina millisinin keçmiş hücumçusu Serxio Agüero dünya çempionu Lionel Messinin “İnter Mayami”yə keçidinin MLS-ə təsirindən bəhs edib.

Allsport.az xəbər verir ki, Agüero Messinin gəlişinin Amerika futbolunda yeni bir dövr başlatdığını vurğulayıb: “Heç bir şübhə yoxdur ki, bu, böyük təsir yaradır. Hesab edirəm ki, MLS-in tarixi Leonun gəlişindən əvvəl və sonra olmaqla iki dövrə bölünür. “İnter Mayami” artıq liqanın ən bahalı klubuna çevrilib. Messinin azarkeşlər üçün nə ifadə etdiyini demirəm, o, meydana çıxanda istənilən stadion dolub-daşır, tamaşaçılar oyundan həzz alırlar”.

Agüero həmçinin əlavə edib ki, Messinin bu addımı MLS-in digər dünya nəhəngləri ilə rəqabət apara biləcək səviyyəyə çatması üçün vacib olan böyük bir təkan olub: “Messi liqanın böyüməsi və digər top-liqalar arasında mövqelərini gücləndirməsi üçün lazım olan o inkişafı təmin etdi”.

Həmin kateqoriyadan