- Baxış sayı: 183
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 183
- Dekabr 05, 2025
- 0

“Əl-Hilal” ötən yay argentinalı hücumçu Lionel Messiyə inanılmaz müqavilə təklif edib.
Allsport.az xəbər verir ki, Messi Səudiyyə Ərəbistanı klubunun təklif etdiyi 15-20 milyon avro olacaq həftəlik maaşdan, həmçinin bonuslar nəzərə alınmaqla bir milyard avroya çata biləcək illik qazancdan imtina edib.
Messinin “Barselona”dakı keçmiş komanda yoldaşları Neymar və Malkolm Səudiyyə Ərəbistanı komandasında çıxış edirlər. Argentinalı forvard hazırda “İnter Mayami”də forma geyinir.