- Baxış sayı: 29
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Argentina millisi və komandanın lideri Lionel Messi İspaniyanın “Elçe” klubunun stadionunda məşq keçiriblər.
Allsport.az xəbər verir ki, “Manuel Martines Valero” stadionunda baş tutan məşqə izləmək üçün 20 mindən çox azarkeş gəlib.
Məşqin sonunda Messiyə “Elçe” klubunun köynəyi hədiyyə olunub.
Lionel Messi sosial şəbəkədə azarkeşlərə minnətdarlığını bildirib: “Uzun müddətdir burada olmamışdım, amma belə bir dəstək hiss etmək mənə çox xoş oldu. Gələn hər kəsə təşəkkür edirəm, aramızda çoxlu argentinalı var idi. Hamınızı yenidən görməyimə sevindim.”
Argentina yığması Anqola millisinə qarşı keçiriləcək yoldaşlıq oyununa hazırlaşmaq üçün İspaniyada təlim-məşq toplanışındadır.